Əlaqə Arxiv
news Image
2017.02.24
09:40
| A A A
Qızıl dolları sıxışdırır
Rəşad Həsənov: “Müşahidələr onu göstərir ki, iqtisadi dinamika növbəti dövrlərdə nisbətən güclənə bilər”

Rusiya, Qazaxıstan, Çin və bir çox ölkələr valyuta ehtiyatlarında qızılın payını sürətlə artırır. Xaricdəki qiymətli kağızları isə satırlar. Onu da qeyd edək ki, son hərraclarda qızılın unsiyasının qiyməti 5,1 dollar artaraq 1238,4 dollara çatıb. Lakin artımın davam etməsi gözlənilir. İqtisadçıların fikrincə, yaxın dövrlə  dünya iqtisadiyyatında  qeyri-müəyyənlik  davam edəcək və bu fonda dolların, avronun məzənnəsinin hansı istiqamətdə dəyişəcəyi də  dəqiq bəlli deyil. Belə vəziyyətdə qızıl qoruyucu aktiv kimi öz mövqeyini  gücləndirəcək. Dolların yaratdığı problemlərdən xxilas olmaq istəyən bəzi dövlətlər isə  ödəniş vahidi  və ya ehtiyat valyuta kimi qızılın dolları əvəz etməsində maraqlıdır. İndilikdə isə əsas diqqət qızıl ehtiyatlarının artmasına yönəlib. Bəs, Azərbaycanın da analoji addımlar atmasına ehtiyac varmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Azərbaycanın da sözügedən qonşu ölkələr kimi anoloji addımlar atmasına indiki şəraitdə ehtiyac görmür: “Düşünmürəm ki, Azərbaycan da hazırda Rusiya, Qazaxıstan və Çin kimi valyuta ehtiyatlarında qızılın payını sürətlə artırmaq yolunu tutsun. Doğrudur, hazırda qızılın qiyməti Azərbaycanın qızıla yatırım etdiyi dövrlərlə müqayisədə kifayət qədər ucuzdur. Amma buna baxmayaraq, hazırkı dövrdə qızılın qiymətinin gələcək perspektivlərini proqnozlaşdırmaq heç də asan deyil. 
Müşahidələr onu göstərir ki, iqtisadi dinamika növbəti dövrlərdə nisbətən güclənə bilər. Belə olan şəraitdə də dünya bazarlarında qızıla tələbat aşağı düşə və qiymətinin azalması prosesi baş verə bilər.  Azərbaycanın hazırkı istisadi vəziyyətini, hər hansı bir kataklizmlər zamanı müəyyən vəsaitlərə ehtiyacın olduğunu nəzərə alsaq, belə bir şəraitdə ölkəmiz baha qiymətə aldığı qızılı ucuz qiymətə satmaqla zərərlə üzləşər. Bir sıra dünya valyutaları üzrə proqnozlar hazırda müsbət meyllidir. Yəni, növbəti illərdə dəyərin artırılması gözlənilir və vəsaitlərin böyük qisminin məhz valyutalarda saxlanılması daha effektli olacaq. 
Uzunmüddətli dövrdə valyuta ehtiyatlarının idarə edilməsilə bağlı yanaşma məsələsinə gəldikdə, bununla bağlı daha çevik siyasətin həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi yolu ilə faktiki olaraq, daha innovativ müəssisələrin səhmlərinə yatırım edilməsi gələcəkdə Neft Fonduna valyuta daxil olmalarının ciddi şəkildə artımına gətirib çıxarar. Bu baxımdan düşünürəm ki, valyuta ehtiyatlarının qızılda yatırılması daha ənənəvi metodlardan biridir və passiv investisiya siyasəti hesab olunur. Qızıla yatırım həm də daha çox müdafiə olunma əmtəəsi hesab olunur. Qlobal və daxili iqtisadiyyatda təhlükə yarandıqda, gələcəklə bağlı proqnozlar bədbin olduqda ölkələr valyuta ehtiyatlarında qızılla yatırım etməklə müdafiə olunur. Uzunmüddətli dövrdə isə qızıla investisiya nisbətən uğurlu yatırım hesab olunmur”.
Rüfət NADİROĞLU    
 

Sizin Reklam Yeriniz