Əlaqə Arxiv
news Image
2017.02.24
12:43
| A A A
Azərbaycan neftinin qiyməti yenidən 58 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 58,24 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.

 Movqe.az xəbər verir ki, bu  barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 57,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 23-də 54,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 23-də 56,11 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.

Trend

Sizin Reklam Yeriniz