Əlaqə Arxiv
news Image
2017.03.08
22:00
| A A A
3 ildən sonra dünyada neft böhranı yaşana bilər

Neft qiymətlərinin aşağı düşməsi sektora qoyulan investisiyaların da azalmasına səbəb olub. "Marja" xəbər verir ki, ekspertlər investisiyaların artmaması halında 3 il sonra mövcud hasilatın sürətlə artacaq tələbatı ödəməyəcəyini bildirirlər.

Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatına investisiyaların son 2 ildə kəskin azaldığını, mövcud şərtlərdə neft hasilatında istifadə edilməyən isehsal gücünün 14 ilin ən aşağı səviyyəsinə düşdüyünü, buna görə 2020-ci ildən sonra mövcud hasilat gücünün tələbatı ödəməkdə çətinlik çəkəcəyini və qiymətlərin kəskin şəkildə qalxacağını açıqlayıb.

IEA, gələcək 5 illik dövr üçün bazarı təhlil etdiyi "Neft 2017" başlıqlı hesabatda, 2015 və 2016-cı illərdə neft axtarışı və hasilatına sərmayələrin 800 milyard dollardan 450 milyard dollara enməsinin daşıdığı riskə işarə edilərək, yeni layihələrin işə salınmaması vəziyyətində dünyanın neft təklifi böhranı yaşaya biləcəyi xəbərdarlığı edilib.

Sizin Reklam Yeriniz