Əlaqə Arxiv
news Image
2017.03.14
09:00
| A A A
Mühüm beynəlxalq yükdaşımlar Azərbaycan üzərindən təşkil edilir
Cümşüd Nuriyev: “Bu, ölkəmizin qeyri-neft sektorunda əldə olunan gəlirlərinin artması baxımından mühüm rol oynayacaq” Natiq Cəfərli: “İşə düşdükdən sonra layihənin Azərbaycan iqtisadiyyatına birbaşa və real təsirləri olacaq”

Azərbaycan, İran və Rusiyanın dəmir yolu ilə yükdaşıma tariflərinə dair əldə etdikləri razılaşmanın təfərrüfatları məlum olub.  Tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.

Belə ki, Moskvada keçən görüş zamanı hər üç ölkənin müvafiq qurumlarının rəhbərləri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımların Azərbaycan ərazisi üzərindən təşkil edilməsi, habelə Astarada İranın sərhəd keçid terminalının tranzit potensialının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. 
İqtisadçı-ekspert Cümşüd Nuriyevin fikrincə, "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycanın gəlirlərinin artmasına xidmət edəcək: “İştirakçı tərəflərin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50 faiz endirmək qərarı birbaşa olaraq Rusiya, Azərbaycan və İran arasında olan razılaşma ilə bağlıdır. Beynəlxalq praktikada da bu cür hallara rast gəlinir. Tariflərin 50 faiz endirilməsi əslində, daha çox müştəri cəlb etməyə hesablanmış addımdır. 
Nəzərə alaq ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi yeni açılacaq bir dəhlizdir. Ona görə də tariflərdə edilən endirimlər uğurlu gedişdir. Azərbaycanın bu fonda tranzit ölkə kimi gəlirləri artacaq. 
Yolun işə başlaması ilə Azərbaycan üçün yükün sürətliliyi və çəkisi  artacaq. O mənada ki, Azərbaycan ərazisindən daşınan yüklərin kəmiyyəti artdıqca, keyfiyyətilə yanaşı, gəlirləri də çoxalacaq. Yəni, sözügedən marşurut iqtisadi cəhətdən ölkəmiz üçün olduqca sərfəlidir. Bu dəhliz ölkəmizin qeyri-neft sektorunda əldə olunan gəlirlərinin artması baxımından mühüm rol oynayacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli də düşünür ki,  “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə tariflərin yarıya qədər azaldılması doğru qərardır: “Tariflərin cəlbedici olması yük dövriyyəsinin artmasına xidmət edəcək əsas amillərdən biridir. İndi əsas məsələ həmçinin zaman itkisini minimuma endirməkdir. Çünki yükdaşımalarda maraqlı olan biznes çevrələri tarif və zaman məsələsinə daha çox diqqət ayırırlar. 
İndi tariflərlə bağlı qərar verildi, zamanla, yükdaşımanın intensivliyilə əlaqədar da yaşıl koridorlar sistemi tətbiq olunarsa, gecikmələr olmaz və sözügedən dəhliz kifayət qədər cəlbedici hala gələr. Təbii ki, ilkin mərhələdə bu dəhlizdən böyük gəlirlər əldə edilməyəcək. Lakin ən azından işə düşdükdən sonra layihənin Azərbaycan iqtisadiyyatına birbaşa və real təsirləri olacaq. Yükdaşımalardan gələn gəlirlər artacaq. İş adamları üçün biznes əlaqələrinin yaradılmasında da rahat şərait formalaşacaq.  İş adamlarının əlaqələri genişləndikcə, mal və xidmətin dövriyyəsi artdıqca, Azərbaycanda gəlirlərdən gələn vergilərin artmasına da müsbət təsir edəcək. Amma böyük həcmdə gəlirlərin gəlməsi uzunmüddətli bir prosesdir. İnfrastrukturun qurulması ilə bir neçə ilə sözügedən dəhlizdən istifadə iqtisadiyaytımıza nəzərə çarpacaq dərəcədə xeyir verə bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz