Əlaqə Arxiv
news Image
2017.03.16
10:00
| A A A
Neft bazarı yeni müəmma qarşısında
Zəfər Vəliyev: “Vyana sazişi real neft bazarını tam əhatə etmir”

“OPEK və kartelə üzv olmayan neft hasilatçısı ölkələri noyabrın 30-da Vyanada qəbul olunan və yanvarın 1-dən tətbiq edilməyə başlanılan hasilatın azaldılması barədə anlaşmasını uzatmalıdır”. Bunu Küveytin neft naziri Əssam əl-Məzruk Kuna” agentliyinə müsahibəsində bildirib.   Küveytli nazir hesab edib ki, anlaşmanın uzadılması neft bazarında tarazlığın bərpa edilməsini sürətləndirəcək. Nəticədə, neft qiymətləri hasilatçı ölkələr və ümumilikdə, neft sektoru üçün lazımi səviyyəyə yüksələcək.Qeyd edək ki, ölkəmiz də eyni mövqeyi irəli sürüb. 

Enerji məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, qlobal neft bazarlarında tarazılığın bərqərar olması üçün OPEK və müstəqil hasilatçı ölkələrin 2016-cı ilin dekabr ayında Vyana paktının imazalanmasından sonra neft bazarlarının yaxın gələcəkdə vəziyyəti ilə bağlı bir - birinə zidd iki xətt mövcud idi: «Birinicisi, bazar iştirakçılarının bir qismi Vyana paktının effektivliyinə ümid edərək, qarşıdakı aylarda neftin qiymətində sıçrayışın olacağını və öhdəlik sazişinin qüvvədə olduğu dövr ərzində gündəlik enerji bazarlarında təlabatdan artıq dövr edən 1,2-1,5 milyon barrel sərbəst fiziki həcmlərin qısa zaman kəsiyində bazardan silinəcəyinə və neftin qiymətində atımın müəyyən həddən sonra təxminən 55-56  dollar arasında sabit qalacağını iddia edirdilər. İddia edirdilər ki, sazişin işlədiyi 6 ay ərzində dünya üzrə normadan artıq 300-400 milyon barrel neft həcmiləri rezervlərdən silinəcək və neft bazarlarında axır ki, tarazlıq bərpa olunacaq. Arqumentlər və hesablamalar ilk baxışdan ciddi görünürdü. Lakin Hyuston enerji konfransında həm OPEK rəhbərliyi, həm də müstəqil hasilatçı ölkələrin rəhbərləri sazişin effektivliyinin zəif olmasını və dünya üzrə neft rezervlərində sürətlə azalmanın baş verməməsini etiraf etdilər.  
Digər xətt tərafdarları ciddi cəhdlə bəyan edirdilər ki, Vyana paktı real bazara elə də ciddi təsir göstərməyəcək, sazişin effektivliyi zəif olacaq. Belə düşünürdülər ki, ABŞ, Kanada durmadan artan qazma aktivliyi, gündəlik hasilatın artımı, ABŞ enerji şirkətlərinin yaranmış vəziyyətdən istifadə edərək, ixrac imkanlarını genişləndirməsi, müştəri bazarlarına, əsasən də Asiya bazarlarına neft həmləsinin genişləndirməsi Vyana paktının effektivliyini təhdid altına alacaq. Bu gətirilən arqumentə İran, Nigeriya və Liviyanın da hasilat və ixrac imkanlarının artmasını əlavə etsək, ikinci xətt tərəfdarlarının haqlı olduğu üzə çıxır. Ona görə də OPEK və müstəqil hasilatçı ölkələrin bəzi nümayəndələri  israrla Vyana paktının müddətinin uzadılmasının vacibliyini vurğulayırlar. Hətta   bu baş versə belə, yenə də birinci xətt tərəfdarlarının gözləntiləri çin olmayacaq. Əvvala, Vyana sazişi real neft bazarını tam əhatə etmir. Bazar böyük bir həlqədir. Əgər bu həlqənin bütün iştirakçıları - hasilatçılar, istehlakçılar, investisiya qurumları adıçəkilən pakta qoşulmursa, çətin ki növbəti öhdəlik sazişinin daha 6 ay uzadılması hansısa gözlənilən üstünlüyə gətirib çıxaracaq. Hətta uzadılsa da,  bu saziş Şimali Amerikadan gələn qazma aktivliyi, hasilat və ixrac həcmilərinin artması  kimi neft informasiyaları sazişin effektivliyini zəiflədəcək. Üstəlik bura OPEK və müstəqil hasilatçı ölkələr arasında indi də mövcud olan fikir ayrılığını əlavə edə bilərik. Əsasən neft bazarlarına ciddi təsir etmək qüdrətinə malik 4 ölkənin - ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İran və İraqın bir -birinə zidd neft strategiyası mövcuddur. Ona görə də, qarşıdakı aylarda neftin qiymətində artıma ümid etmək səhv yanaşmadır. Çünki tək bir ABŞ-dan hər həftə daxil olan neft informasiyası bazarı təhdid altına alır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz