Əlaqə Arxiv
news Image
2017.03.24
11:30
| A A A
Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 22%-dən çox azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 11 mln. 217,7 min ABŞ dolları olan 22 449,9 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm baxımından 6 min 530,8 ton və ya 22,53% azdır. Məbləğ baxımından isə bu rəqəm 2 mln. 892,5 min dollar və ya 34,74% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarənda Azərbaycandan Gürcüstana 8 mln. 325,2 min dollar dəyərində 28 min 980,7 ton neft və neft məhsulları ixrac edilib.

23.03.201721:12    245

Sizin Reklam Yeriniz