Əlaqə Arxiv
news Image
2017.03.24
14:00
| A A A
Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini 19 dəfə artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 14 mln. 464,2 min dollar dəyərində elektrik enerjisi idxal edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

 
Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ötən iki ay ərzində Azərbaycan Gürcüstana 13 mln. 716,6 min dollar və 19,34 dəfə çox elektrik enerjisi ixrac edib.
 
Belə ki, ötən ilin yanvar-fevral aylarında qonşu ölkə Azərbaycandan 747,6 min dollar dəyərində elektrik enerjisi alıb.

Sizin Reklam Yeriniz