Əlaqə Arxiv
news Image
2017.03.24
19:00
| A A A
Azərbaycan xam neft ixracını 9% azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1 mln. 387 min 383,29 ABŞ dolları dəyərində 3 mln. 400 min 474,38 ton xam neft ixrac edib. Bu barədə movqe.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 335 min 120,24 ton və ya 8,97% azdır. Məbləğ baxımından isə illik nisbətdə 446 min 888,18 dollar və ya 47,52% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 940 min 495,11 dollar dəyərində 3 mln. 735 min 594,62 ton xam neft ixrac edilib. 
 
Qeyd edək ki, xam neft ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 83,88%-ni təşkil edib. 

Sizin Reklam Yeriniz