Əlaqə Arxiv
news Image
2017.03.30
15:50
| A A A
Mülki məhkəmə işlərinin 40%-i bank-müştəri münasibətləri ilə bağlıdır
Rüfət Aslanlı: Dünyada müştəri-bank münasibətlərinin məhkəmədən kənar tənzimlənməsi mexanizmi var

Hazırda Azərbaycan məhkəmələrində baxılmaqda olan təxminən 700 min mülki iş var. Bunun 280 mini və ya 40%-i bank-müştəri münasibətləri ilə bağlıdr.

Movqe.az-ın verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
"Hazırda normal hüquqi prosedurlar imkan verir ki, müştəri vəkillə danışsın və 3 il 4 ay qanun çərçivəsində proseslər uzansın. Əmanətçi isə pulu bankdan istəyəndə, bankın əmanətçisinə pulun ödənilməsi gecikir. Bu, məhkəmələrə irad deyil, qanunvericilik prosedurlarıdır", - deyə Palata sədri əlavə edib.
R.Aslanlı qeyd edib ki, dünyada müştəri-bank münasibətlərinin məhkəmədən kənar tənzimlənməsi mexanizmi var. Bu təcrübənin Azərbaycanda da yaradılması mümkündür.
"Hər rüb bank sahibləri ilə görüşürəm, problemlərdən danışırq. Onların istəklərini və bizim onlardan istəklərimizi müzakirə edirik. Banklar problemin həlli üçün özləri də bir yanaşma tapsınlar. Banklar onlara aiddiyətli olan şəxslərlə münasibətdən qaçmalıdır", - deyə sədr vurğulayıb.

Sizin Reklam Yeriniz