Əlaqə Arxiv
news Image
2017.04.20
18:30
| A A A
Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq
Hazırda Agentliyin yaradılmasında hansı ölkənin modelinin nümunə seçiləcəyi müzakirə olunur

Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması üzrə müzakirələr davam edir. 

"Movqe" xəbər verir ki, bunu bugünkü brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, hazırda Agentliyin yaradılmasında hansı ölkənin modelinin nümunə kimi seçilməsi müzakirə mövzusudur: "Bu sahədə Polşa, Almaniya kimi bir sıra ölkələrin təcrübəsi var. İndi hansı ölkənin təcrübəsindən istifadə ilə bağlı müzakirələr aparılır. Hazırda bu işlə birbaşa müxtəlif dövlət qurumları məşğul olur. Amma mərkəzimiz də bu sahədə tədqiqatlarını davam etdirir".

Sizin Reklam Yeriniz