Əlaqə Arxiv
news Image
2017.04.21
10:30
| A A A
“Günəşli”də yeni quyu istismara verilib

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2763-2733 metr intervaldan sutkalıq 120 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Sizin Reklam Yeriniz