Əlaqə Arxiv
news Image
2017.04.26
13:10
| A A A
Ölkə iqtisadiyyatında makroiqtisadi nəticələrin əldə olunmasına əlverişli zəmin yaranıb

Son illərdə respublikamızda həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında yüksək makroiqtisadi nəticələrin əldə olunmasına əlverişli zəmin yaratmışdır. Müasir şəraitdə dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də iqtisadiyyatın digər sahələri ilə yanaşı strateji sahələrdən hesab olunan aqrar sahənin dayanaqlı inkişafını təmin etməkdir.

Aqrar sahənin məqsədyönlü inkişafı ilk növbədə uçotun düzgün təşkilindən asılıdır. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı sektorundan əldə olunan gəlirlər ümumilikdə vergidən azad olunduğu üçün kəndli fermer təsərrüfatlarında uçotun aparılmasına meyl azalmışdır. Fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əmək haqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin uçotunu və s. ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparmaqdadırlar. Bu da fermerin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında tam şəkildə informasiya əldə etməyə kifayət etmir. Bundan başqa regionlarda hər il kənd təsərrüfatı məhsulları ilə əlaqədar bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə regionlar üzrə düzgün informasiya əldə etmək imkanları də zəif olmaqdadır. Bütün bunlar kənd təsərrüfatı sektoruna investisiya qoymaq istəyən şəxslərin sahəyə marağının azalmasına gətirib çıxarır.

Bu da son nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının öz vəsaitləri hesabına investisiya qoymaq, eləcə də maliyyə bazarlarından müvafiq vəsaitlərlə təmin etmək imkanlarını məhdudlaşdırır. Buna görə də bu sahənin maliyyə təminatının əsas yükü dövlətin üzərinə düşür.
 kiçik həcmdə olan təsərrüfatların iqtisadi potensialının zəif olması, kənd yerlərində torpaq və əmlak bazarlarının kifayət qədər inkişaf etməməsinə görə kreditin alınması ilə bağlı girov təminatında mövcud problemlər, kənd təsərrüfatı sığortasının zəif inkişafı, uçotun aparılması sahəsində mövcud olan yayınmalar, maliyyə hesabatlığı və şəffaflığı o cümlədən də kənd təsərrüfatı kreditləri üzrə zəmanət mexanizminin olmaması və digər səbəblərlə bağlıdır.
Problemin aktuallığını nəzərə alaraq İqtisadi Resursların Öyrənilməsi İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə  tərəfindən fermer təsərrüfatlarında mövcud maliyyələşmə mənbələri, keçən dövr ərzində kreditlərşmənin gətirdiyi problemlər o cümlədən alternativ maliyyə alətləri, onlara çıxış imkanları, investisiya cəlbində uçotun əhəmiyyəti, maliyyə hesabatlığı barəsində də maarifləndirmə işlərinin aparılaraq kapitallaşma üzrə problemlərin aşkarlanaraq müvafiq dövlət qurumlarına təkliflərin verilməsinə köməklik göstərmək məqsədilə  “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsini  icrasına başlayacaq.
Layihə çərçivəsində maarifləndirici broşur çap olunacaq, teryninq-debat keçiriləcək.Layihənin icrası Bakı, Gəncə, Lənkəran şəhərlərində həyata keçiriləməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz