Əlaqə Arxiv
news Image
2017.04.26
14:12
| A A A
2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlandı

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda SOCAR-ın qaz ixracatı şöbəsinin rəisinin birinci müavini Nazim Səmədzadə deyib.

Onun sözlərinə görə, SOCAR-dan Gürcüstana tədarük olunan qazın illik həcmi 1,2 milyard kubmetr təşkil edir.

O qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində dəyərləndirilir:

"Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından hər il Gürcüstana 800 milyon kubmetr, Türkiyəyə 6,6 milyard kubmetr qaz tədarük olunur. 1,5 milyard kubmetr qaz ölkənin daxili istehlakının təminatına yönəldilir".

Sizin Reklam Yeriniz