Əlaqə Arxiv
news Image
2017.04.27
19:30
| A A A
Rusiyada ilk gün 700 mln. rubl həcmində "xalq istiqrazları" satılıb
Əhalinin istiqrazlara tələbatı yüksək olarsa, emissiyanın həcmi bu il 2 dəfə artırıla bilər

Rusiya vətəndaşları "xalq istiqrazları"nın satışa çıxarıldığı ilk gün, yəni aprelin 26-da 696,8 mln. rubl (12,2 mln. ABŞ dolları) həcmində alış həyata keçiriblər.

"Movqe" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi rəsmi saytında məulmat yayıb. 
Nazirlik satışın ilk günündə olan tələbatı müsbət qiymətləndirib. Agent-banklar olan "VTB24" və "Sberbank"dan bildirilib ki, istiqrazlar üçün verilən təkliflər satışı dəfələrlə üstələyib. Təkliflərin hamısının təmin edilməməsi isə sənədləşmələrdə olan kiçik problemlərlə əlaqələndirilib. Qeyd edək ki, dünən 15 mlrd. rubl (263 mln. dollar) ümumi emissiya həcmi olan "xalq istiqrazları"nın 4,6%-lik hissəsi satılıb.
Agent-bankların məlumatına görə, təkliflər 1,6 mlrd. rubl və ya 28 mln. dollar təşkil edib. Təklifin 912 mln. rubl (16 mln. dollar) hissəsi "Sberbank"a, qalanı isə "VTB24"-ə aid olub. Müraciət edənlərin 70%-i kişi, 30%-i qadın olub. Təkliflərin 37%-i Moskva və Moskvaətrafı regiondan verilib.
Maliyyə naziri Anton Siluanov bildirib ki, əhalinin istiqrazlara tələbatı yüksək olarsa, emissiyanın həcmi ilin sonuna qədər 2 dəfə artırılaraq 30 mlrd. rubla (526 mln. dollar) çatdırıla bilər.

Sizin Reklam Yeriniz