news Image
2017.05.02
12:55
| A A A
Gəncədə qətl törətmiş iki nəfər tutulub

Gəncədə qətl törətmiş iki nəfər tutulub.
 
Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu il il aprelin 29-da Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanov evində infarktdan ölməsi barədə məlumat yayılıb.
 
Araşdırmalar zamanı S. Qurbanovun həmin gün şəhər ərazisində Yevlax rayon sakini Səbuhi Camalov tərəfindən münaqişə zəminində yumruqla döyülməsi nəticəsində sol döş qabırğalarının sınmasından aldığı xəsarətlərdən evində ölməsi müəyyənləşib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Camalov tutulub. 
 
Mayın 1-də isə Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində qəsəbə sakini Elşən Mürsəlov münaqişə zəminində həmyerlisi Sakit Alıyevə bıçaqla xəsarət yetirib və könüllü olaraq Kəpəz RPİ-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilən A. Alıyev orada ölüb.
 
Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.