news Image
2017.05.05
13:24
| A A A
Bulvarda intihar cəhdinin qarşısı alınıb

Dənizkənarı Milli Parkda intihara cəhd olub.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər