Əlaqə Arxiv
news Image
2017.05.05
20:00
| A A A
4 nəfər 16 yaşlı qızı kabab evində zorladı

Gecə vaxtı yolu azan 16 yaşlı qız ünvan soruşduğu 4 nəfər tərəfindən zorlanıb. 

Movqe.az milli.az-a istinadla bildirir ki, onlar qızın içkili olmasından istifadə edərək yaxınlıqdakı kabab evinin yuxarısındakı otağa aparıb, orada qıza təcavüz ediblər.

Hadisə İngiltərənin Kent şəhərində baş verib. 16 yaşlı qız restoranda rəfiqələri ilə əyləndikdən sonra içkili halda oranı tərk edib. O, bir müddət getdikdən sonra yolunu azıb və qarşısına çıxan 4 nəfər oğlandan ünvan soruşub.

Məhkəmədən verilən məlumata görə, onlar qızı dəfələrlə zorlayıblar və qız qışqırarkən qəhqəhə ilə gülüblər.

Hadisədən sonra restoran müdiri də daxil olmaqla oğlanlar tutulublar. Məsələ ilə bağlı araşdırma davam edir:

Sizin Reklam Yeriniz