Əlaqə Arxiv
news Image
2017.05.08
13:11
| A A A
Qarət üçün 74 yaşlı qadını qətlə yetirən tutulub

Masallı rayonunda 74 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, mayın 5-də Masallı rayonunun Ərkivan qəsəbəsində 74 yaşlı Gülgəz İsrafilovanın üzərində zorakılıq əlamətləri olan meyiti evində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qarət məqsədi ilə qətli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Qurmanov tutulub.

 

Sizin Reklam Yeriniz