Əlaqə Arxiv
news Image
2017.05.09
12:58
| A A A
7 yaşlı uşağa işgəncə verdilər, meyitini donuzlara yedirtdilər: dünyanın ən qəddar valideynləri - FOTO

ABŞ-ın Kanzas ştatındakı Kanzas-Siti şəhər məhkəməsində Maykl və Hizer Conslarla bağlı proses başa çatıb.

Onlar tam bir il ərzində oğulları, 7 yaşlı Edriana dəhşətli işgəncələr veriblər, uşağın həyatını əsl cəhənnəmə döndəriblər.

Movqe.az milli.az-a istinadən bildirir ki, Edrian işgəncələrə dözməyərək keçinəndə isə ərlə arvad oğullarının meyitini həyətdəki donuzlara yedirdiblər.

Məhkəmənin qərarı ilə 46 yaşlı Maykl Cons ömürlük həbs cəzası alıb. Onun arvadı, Edrianın ögey anası, 31 yaşlı Hizer də eyni cəzanı alıb. Hizer Kanzas ştatındakı Topika şəhərində yerləşən həbsxanaya göndərilib.

Polis evdə axtarış apararkən Maykl Consun noutbukunda onun oğlunu məruz qoyduğu dəhşətli işgəncələrin əks olunduğu fotoları və videoları tapıb.

Edrian ailədəki 6 uşaq arasında 5-ci idi.

Valideynləri Edrianı vanna otağına salıb orada saatlarla saxlayır, həyətdəki hovuza salıb qış aylarında boğazadək suda durmağa vadar edir, əllərinə və ayaqlarına qandallar vurur, bədəninə elektrik cərəyanı buraxır, dərisini qopardır, ac saxlayırdılar.

Fotolardan birində Edrian ölüm düşərgəsindəki məhkuma bənzəyir: o, bir dəri-bir sümükdür, bədəni yaralarla, xoralarla doludur, ayaqları qandallardan şişmiş vəziyyətdədir.

drianın nənəsi Cudi Konvey isə qərarı natamam sayır: "Polis nə üçün bu cəlladların balama tam bir il sərasər işgəncələr verdiyini, amma qohumlardan, tanışlardan, qonşulardan kimsənin Edrianın köməyinə çatmadığını araşdırmayıb?!"

Prokurorun dediyinə görə, Hizer Cons ögey oğluna dəhşətli işgəncələr verməkdən həzz alıb. Aşkarlanan fotoları və videoları da məhz Hizer Cons çəkib.

"Edrian işgəncələr keçinəndə atası onun cəsədini həyətə çıxarıb və balta ilə şaqqalayandan sonra 6 donuzun saxlandığı qəfəsə atıb. Maykl Cons bu minvalla bütün izləri itirmək istəyirdi", - dövlət ittihamçısı deyib.

Dəhşətli olayı Clonsların qonşusu Milen Antley aşkarlayıb.

"Hizer mənə zəng vurub evinə çağırdı. Ora gedəndə dedi ki, Facebook-a son fotolarını qoymaq istəyir - həmin fotolar Hizerin kiçik qızının ad günündə çəkilmişdi. "Bacarmıram, lütfən, mənə yardım et" söylədi Hizer. Ona yardım etməyə, məmnuniyyətlə, razılaşdım. Noutbukuda fotoları seçəndə gözüm bir foto qovluğuna sataşdı. Həmin qovluqda balaca oğlanın fotoları idi. Fotoları görəndə qorxumdan az qala qışqıracaqdım: o fotolarlda işgəncə səhnələri vardı. Balaca Edriana zülm edirdilər. Hizerə heç nə demədim və onların evindən çıxan kimi polisə zəng vurdum, gördüklərimi danışdım. Polis az sonra gəldi, Hizerlə Mayklı apardılar", - qonşu söyləyib.

Edrianın nənəsi Cudi Konvey isə deyir ki, nəvəsini son dəfə 2012-ci ildə göürb: "Həftədə bir neçə dəfə zəng vururdum, hər dəfə də Maykl mənə uşağın normal, yaxşı olduğunu, amma mənimlə danışmaq istəmədiyini deyirdi. Edrian Mayklın ilk arvadının, qızımın dünyaya gətirdiyi övladıdır. Mən də şübhələnmirdim durumdan".

 

Sizin Reklam Yeriniz