Əlaqə Arxiv
news Image
2017.05.11
18:57
| A A A
Qaxda imtahana çəkilən müəllimə öldü

Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimə dünyasını dəyişib. Belə ki, Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 12 mindən çox müəllimin iştirak etdiyi qiymətləndirməyə gələn Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı pisləşib.

Onu dərhal "Təcili Tibbi yardım" maşını ilə Qax rayon mərkəzi xəstənasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.(Report)

Sizin Reklam Yeriniz