Əlaqə Arxiv
news Image
2017.05.15
12:18
| A A A
Siyəzəndə 50 yaşlı kişi bıçaqlanıb

Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, Siyəzən şəhər sakini, 1967-ci il təvəllüdlü Gülbudaq Şirinov bıçaqlanıb.
 
O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır.
 
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz