news Image
2017.05.21
13:30
| A A A
Gəncədə yeni salınan qəsəbədə bıçaqlanma olub

Gəncədə bıçaqlanma olub. Movqe.az-ın verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb. Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Xəlilov Samir Firdovsu oğlu qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Xəlilovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs