Əlaqə Arxiv
news Image
2017.05.22
13:25
| A A A
10 yaşlı uşağı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Abşeronda 10 yaşlı uşağı avtomobil vurub.

Daxili İşlər Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Sizin Reklam Yeriniz