news Image
2017.05.25
11:09
| A A A
22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb öldürdü

Gəncədə intihar hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, hadisə mayın 24-də axşam saatlarında şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Yusifov Məcid Əhməd oğlu həmin ərazidə yerləşən 23 saylı beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damından özünü atıb. M.Yusifov hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs