Əlaqə Arxiv
news Image
2017.05.30
10:46
| A A A
Zooparkda faciə: pələng qadını parçaladı

İngiltərənin Kembricşir qraflığında yerləşən Hantinqdon şəhərindəki "Hamerton Zoo Park" zooparkında ağ Benqal pələngi qadın əməkdaşı parçalayıb.

Movqe.az milli.az-a  istinadən bildirir ki, pələng 33 yaşlı Roza Kinqə hücum edib.

Roza Kinq volyerdə pələnglərə ət verən həmkarına yardım etmək üçün qəfəsi açıb içəri girib. Bunu görən ağ pələng onun üzərinə atılıb.

Polis olayı araşdırır.

1990-cı ildə fəaliyyətə başlamış "Hamerton Zoo Park"da Malaziya və Benqal pələngləri, bəbirlər, canavarlar, quşlar və sürünənlər saxlanır.

Ötən il zooparkda Malayziya pələngləri üçün ayrıca volyer tikilmişdi.

2008-ci ildə zooparkdan bəbir qaçmışdı. Bəbiri evinin həyətində 9 yaşlı oğlan görmüşdü.

Sizin Reklam Yeriniz