Əlaqə Arxiv
news Image
2017.05.30
12:22
| A A A
Anasını qətlə yetirən oğul tutuldu

Mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Movqe.az-a  verilən məlumata görə, araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Sizin Reklam Yeriniz