news Image
2017.05.30
12:34
| A A A
59 telefonu avtomobilində gizlətsə də, ələ keçdi (FOTO)

Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən   Movqe.az-a verilən  məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı nəticəsində, həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacaq ilə yük yeri arasındakı boşluqda 59 ədəd "Samsung J3 pro" markalı mobil telefon, ehtiyat təkərin içərisində isə 59 ədəd qidalandırıcı başlıq, 59 ədəd USB kabel, 59 ədəd həmin telefonlara məxsus qutu və 59 ədəd batareya aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs