news Image
2017.05.31
17:48
| A A A
Xanım sürücüləri soyanlar yaxalanıb

Mayın əvvəlində Qusarda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Movqe.az-a  verilən məlumata görə, yaradılmış əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirilib. Onlar Bakıda saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaqa verdikləri ifadələrindən məlum olub ki, onlar daha çox xanım sürücüləri hədəfə alırlarmış. Qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını gözdən qaçırmayan tanışlar avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları şiş alətlə yan şüşəni sındıraraq soyğunçuluq ediblər.

İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs