Əlaqə Arxiv
news Image
2017.06.19
09:07
| A A A
Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var

Londonun şimal-şərqində baş verən insident zamanı bir nəfər ölüb.

 

Movae.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə London polisindən bildirilib.

 

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

 

***

06:31

 

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yet barədə “Evening Standard” qəzeti xəbər verib.

 

Bu barədə "Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb. 

Sizin Reklam Yeriniz