news Image
2017.07.17
11:46
| A A A
Qızı olduğuna görə arvadını vəhşicəsinə döydü - VİDEO - FOTO

"Sən nə axmaq, yaramaz, ailəni düşünməyən qadınsan! Sənin bu ailədə yaşamağa haqqın varmı?!"

Bu sözləri qışqıra-qışqıra deyən ər yerə çöməlmiş arvadını zopa ilə döyməyə başlayıb.

Aldığı zərbələrdən qıvrılan qadının ah-naləsinə rəğmən, qəddar ər sakitləşməyib.

Movqe.az milli.az-a  istinadən bildirir ki, olay Hindistanın Pəncab ştatındakı Patiala şəhərində yaşanıb. Çox ağır travmalar və xəsarətlər alan, 3 qabırğası sınan 35 yaşlı Mina Kaşyap kəllə-beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb.

Minanın əri, onu vəhşicəsinə döyən Dalcit Sinqh həbs olunub.

Onun dediyinə görə, yeganə günahı qız doğması olub.

"Doğum evindən çıxanda məni kimsə qarşılamadı. Taksi tutub evə gəldim. Evə girəndə qaynanam uşağı məndən alıb yuxarı, ikinci mərtəbəyə qalxdı. Ərim isə xoş sözlər demək əvəzinə söyməyə, vurmağa başladı. Yumruqla vurub yerə yıxdı, sonra zopa ilə döydü. Ürəyi soyumadı, başıma təpiklə vurdu", - Mina Kaşyap söyləyib.

Onun sözlərinə görə, döyülməsinin bir səbəbi də onun cehizindən ərinin məhrum olmasıdır. Hindistandakı adətlərə görə, ərə getmiş qız oğul doğarsa ona "doki" adlı ikinci cehiz verilir.

Mina Kaşyap da qız yox, oğlan doğsaydı, onun valideynləri ərinin ailəsinə 700 min rupi, yəni təqribən 8300 dollarlıq ikinci cehiz verməliydilər.

Fəqət, Mina qız dünyaya gətirdiyi üçün ərinin ailəsi ikinci cehizdən məhrum olub.

Polisdən verilən məlumata görə, D.Sinqhlə bahəm, onun qardaşı Kamalheyt Sinqh və dostu Qaurav tutulublar.

Hindistanda "doki"ni ödəyə bilməyən ailənin acığını gəlindən çıxırlar. Belə gəlinlər döyülür, aşağılanır, bəzənsə qətlə yetirilirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs