Əlaqə Arxiv
news Image
2017.07.18
10:45
| A A A
Bakıda qətl törədən 22 yaşlı oğlan tutulub

Paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər” lə açılıb.
 
Movqe.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və prokurorluğunun birgə yaydığı məlumatda bildirilib. İyulun 16-da saat 11.00 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlunun aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qısqanclıq zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

APA

Sizin Reklam Yeriniz