news Image
2017.07.21
14:26
| A A A
"Dişləri dodağımla gözümün altına düşdü"- 61 yaşlı kişi canavarı boğaraq öldürdü

Salyan rayonunun Xıdırlı kənd sakini 61 yaşlı Rəcəb Qədirov canavar hücumuna məruz qalıb.

Movqe.az ARB TV-yə istinadla xəbər verir ki, Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb.

Bu zaman canavarın qoyunlara yaxınlaşdığını görüb. Lakin canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.

Rəcəb Qədirov - Sakin: "Tullananda istər-istəməz qıçlarım titrədi. Dişləri dodağımla gözümün altına düşdü. Silkələyirdi məni. İt gəldi bunun üstünə. Məni buraxdı".

Özünü itirməyib Rəcəb Qədirovun bu dəfə canavarın boğazından tutaraq yerə yıxıb.

Rəcəb Qədirov - Sakin: "Bir əlimi boğazından tutdum, bir əlimi də boynunun dalından dərisindən tutdum. Fırlatdım bunu, qaldırıb atdım yerə".

Canavarı öldürən Rəcəb Qədirov hadisə yerinə gələnlərin köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.

Hazırda zərərçəkənin vəziyyəti stabildir.