Əlaqə Arxiv
news Image
2017.07.21
17:25
| A A A
Soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verilib

 

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən Şakir Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hüseynov Şükür Məsim oğlu AR CM-nin 180.2.1-ci maddəsi ilə (qrup halında soyğunçuluq) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Ş.Hüseynov dostu ilə Bakıdakı yanacaqdoldurma məntəqələrinin birinə gələrək avtomobilinə 30 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmədən hadisə yerindən uzaqlaşıb.

 

 

Sizin Reklam Yeriniz