Əlaqə Arxiv
news Image
2017.07.24
12:36
| A A A
Şabranda universitet müəlliminin törətdiyi qəzada yaralanan şəxslər Bakıya gətirilib

 Şabran rayonunun Gəndob inzibati ərazisində yol qəzası zamanı xəsarət almış 5 nəfər Bakıya gətirilib. "Report"un xəbərinə görə, qəza "Mercedes" markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb. Bu zaman sürücü Quliyev Ramiz idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir. Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Sizin Reklam Yeriniz