Əlaqə Arxiv
news Image
2017.07.27
10:15
| A A A
Lənkəranda toyda dava düşdü - yaralananlar var

Lənkəranda toyda dava olub, iki nəfər xəsarət alıb. Movqe.az APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Sinovlu kəndində qeydə alınıb. Kənddə toy zamanı qonaqlar arasında dava düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1993-cü il təvəllüdlü Mehrəliyev Ruslan Adil oğlu və 1972 –ci il təvəllüdlü Mehrəliyev Daşqın Barat oğlu  Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz