Əlaqə Arxiv
news Image
2017.07.27
14:49
| A A A
Bakıda biznes qurmaq adı ilə vətəndaşlardan 30 min manat pul alan şəxs məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində biznes qurmaq adı ilə vətəndaşlardan pul alaraq dələduzluq etməkdə təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və E.Abdullayev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, E.Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə təqdirli bilinib. O, biznes qurmaq adı ilə vətəndaşlardan 30 min manat pul alıb.

Sizin Reklam Yeriniz