Əlaqə Arxiv
news Image
2017.07.27
15:49
| A A A
Ermənistanda etiraz aksiyası keçirilib

Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər.
“Report” “Radio Azatutyun”a istinadən xəbər verir ki, aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar. Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.
Etirazçılar ekoloqlar, parlamentdəki müxalifət təmsilçiləri, Ermənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər. Onlar yolun açılması ilə bağlı polisin tələblərinə də əməl etməyiblər. 

Sizin Reklam Yeriniz