news Image
2017.08.01
11:59
| A A A
Ögey qızını döyüb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı ögey qızını öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin 14  il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Daha sonra iclasda E. Hacıyevin vəkili Qubad Salayev çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
E. Hacıyev isə son sözlə çıxış etməyib. O, günahının olmadığını deyib.
 
Hakimlər müşavirəyə gedib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E. Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Xırdalanda kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva polisə qızının müəyyən edilməmiş avtomobillə vurulması və ölməsi barədə məlumat verib. Sonradan onun döyülərək qətlə yetirildiyi müəyyənləşib.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs