news Image
2017.08.01
17:48
| A A A
Moskvada məhkəmədəki atışma ilə bağlı SON XƏBƏR (YENİLƏNİB)

İlk xəbər saat 15:49-da yayımlanıb.

 

Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb. Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Movqe.az-ın  məlumatına görə, komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda müşayiətçilərdən biri polisə ifadə verir.

 

X X X

Saat 16:17-də yenilənib

Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib. Bu sayı RİA-Novosti-yə vəkillərdən biri deyib.

Qeyd edək ki, daha əvvəl iki məhkəmə əməkdaşının yaralandığı barədə məlumat verilmişdi.

Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçıdən silahı alaraq atəş açmağa başlayıb.

X X X

Moskva vilayət məhkəməsində atışma baş verib. Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində yaralılar var.

Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib.

Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib.

 

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs