Əlaqə Arxiv
news Image
2017.08.21
12:28
| A A A
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın: "İsa peyğəmbəri əvvəllər görmüşdüm" - YENİLƏNİB

12:28

İclasda hakim N.Qulibəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib.  

Movqe.az report-a istinadən xəbər verir ki, qadın suala "bilmirəm" deyə cavab verib.

O, daha sonra bunları söyləyib: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə, dərman verdim ki, sağalsın".

Hakim N.Qulibəyovadan "İsa peyğəmbər həmin gün gələcəkdi?" sualını verib. Təqsirləndirilən şəxs də "elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək" cavabını verib: "İsa peyğəmbəri əvvəllər görmüşdüm".

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək. 

---------

12:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

N.Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib.

Daha sonra onun qanuni nümayəndəsi, N.Qulibəyovanın qardaşı dindirilib. O, bacısının əvvəllər xəstəliyinin olmadığını bildirib: "Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də vardı. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi".

O, bacısının həmişə özünə qapandığını qeyd edib: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib".

 

N.Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.

Prosesdə N.Qulubəyovanın keçmiş həyat yoldaşı Rüstəm Qulubəyov ifadəsində bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması olub: "Həmin günü işdə idim. Uşaqdan narahat idim deyə, evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən 18:00 radələri olardı. Dostum zəng vurub, uşağın səhhəti barədə maraqlandı. Anam da çox narahat idi. Sonra evə gəldim, qapının bağlı olduğunu gördüm. Polisə və FHN əməkdaşlarına xəbər verdim. Qapını qırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə də yerdə əyləşib, sadəcə yerə baxırdı. Həmin vaxt şokda idim, yerdə şam vardı. Evə daxil olandan sonra bilmirdim ki, uşağın özü ölüb, yoxsa Nazilə öldürüb. Hadisədən sonra onunla rəsmi boşandım. Əvvəllər münasibətim yaxşı idi".

Onun sözlərinə görə, N.Qulubəyova çox vaxt özünə bağlı olub. R.Qulubəyov ifadəsində qeyd edub ki, həyat yoldaşı əvvəllər dini sektorlara gedib: "Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. Hadisə baş verənə qədər onun psixoloji problemlərinin olduğunu bilmirdim".

----------

11:39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
N.Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib.
Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, "pis ruhları çıxartmaq" üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

 

Sizin Reklam Yeriniz