Əlaqə Arxiv
news Image
2017.08.21
19:42
| A A A
İsmayıllıda sürücü piyadanı vurub öldürüb

İsmayıllı rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz