Əlaqə Arxiv
news Image
2017.08.21
21:25
| A A A
Ofisiant tualetin yerini soruşan qızı zorladı

İstanbulun Kadıköy ərazisində qəhvəxanada P.K. adlı 20 yaşlı qıza təcavüz olunub.

İş yerinin tualetində qızı zorlamaqda təqsirləndirilərək həbs olunan 17 yaşlı ofisiant H.A.-ya prokuror 17 il həbs cəzası istəyib.

Movqe.az milli.az-a  istinadən xəbər verir ki, hadisə 19 may günü baş verib.

Uşaq Ağır Cəza Məhkəməsinə göndərilən iddianamədə, qızın ofisiant H.A.-dan tualetin yerini soruşduğu, şübhəli H.A. da P.K.-nı ayaqyoluna salaraq zorladığı haqda məlumatlar yer alıb.

Qeyd olunur ki, H.A. qızı zorladıqdan sonra tualetin qapısının kilidini açıb. 

İddianamədə ofisiantın qıza bıçaqla hədə-qorxu gəldiyi qeyd edilib. Zərərçəkənin şikayətindən sonra ofisiant həbs edilib.

Sizin Reklam Yeriniz