Əlaqə Arxiv
news Image
2017.08.21
17:48
| A A A
Bakıda dələduzluqda təqsirləndirilən müəlliməyə hökm oxunub

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Validə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Movqe.az-ın report-a istinadən  məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakının Binəqədi rayon sakini Validə Əsəd qızı Əbilova özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İzzətəli oglu İsmayılov, Leyla Hüseyn qızı Hüseynova, Samirə Səxavət qızı Bağırova, Əbil Cəmil oğlu Əbilov, İlham Qiyas oğlu İbişova qarşı dələduzluq etməkdə təqsirləndirilir.
O, 2014-cü il sentyabrın 26-da həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə V.Əbilova barəsində şikayət ediblər. V.Əbilov zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, V.Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.

Sizin Reklam Yeriniz