Nazirlik Ağsudakı dəhşətli qətlə bağlı məlumat yaydı - ATASINI BALTALAYAN OĞUL ƏLƏ KEÇDİ
Daxili İşlər Nazirliyi ötən gün Ağsuda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 23-də Ağsu rayonunun Gəgəli kənd sakini Zeynal Şamıyev evində münaqişə zəminində atası Şamxala balta ilə xəsarət yetirib. Şamxal Şamıyev hadisə yerində ölüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə Z.Şamıyev tutulub.