Əlaqə Arxiv
news Image
2017.09.19
13:15
| A A A
Sərxoş oldu, avtomobilini harada saxladığını unudub polisə zəng vurdu

Bakıda sərxoş şəxs avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.

 

 

Sizin Reklam Yeriniz