Əlaqə Arxiv
news Image
2017.09.19
16:49
| A A A
Bakıda “Gazelli”nin zavodu yanır

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı BAKU.WS FHN-in qaynar xətti ilə əlaqə saxlayıb. Nazirlikdən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.

Qeyd edək ki, 1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, “Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir.

Sizin Reklam Yeriniz