Əlaqə Arxiv
news Image
2017.09.21
13:14
| A A A
Arvadı və qızını döydü, qumbara ilə hədələdi və yaxalandı

Cəlilabadda evdən qumbara tapılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək, həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd “T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz