Əlaqə Arxiv
news Image
2017.09.24
19:26
| A A A
İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb - Mədət Quliyev

"Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanaraq İŞİD-ə qoşulub" Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (DTX) Mədət Quliyev deyib.


DTX rəisi bildirib ki, indiyədək 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub. M. Quliyevin sözlərinə görə, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə Azərbaycan vətəndaşlığından çıxarılıb. 

“Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub. Əməkdaşlarımız hazırda İraqdadır. Məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Sizin Reklam Yeriniz