Əlaqə Arxiv
news Image
2017.09.25
15:33
| A A A
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldılar

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Tutarlı dəllilər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini Roza Əliyeva Yevlax RPŞ-yə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib.

Sizin Reklam Yeriniz