Əlaqə Arxiv
news Image
2017.09.25
19:15
| A A A
Avtomobil qaçıran şəxs saxlanılıb

Paytaxt sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub.

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini olan Səkinə Həsənovaya məxsus “Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkar edilib və görülmüş tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.

Sizin Reklam Yeriniz